ABŞ Prezidenti Ukraynaya gedib-getməyəcəyini bilmir

ABŞ Prezidenti Ukraynaya gedib-getməyəcəyini bilmir
# 20 aprel 2022 03:20 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden əvvəllər Ukrayna paytaxtına səfər etməyə hazır olduğunu bildirməsinə baxmayaraq, çərşənbə axşamı Kiyevə səfər edib-etməyəcəyini bilmədiyini deyib.

APA xəbər verir ki, jurnalistlərdən biri Baydendən Kiyevə səfərlə bağlı sual ünvanlayıb.

ABŞ lideri cavabında “bilmirəm” cavabını verib:

“Mən artıq Ukraynada dəfələrlə olmuşam, sadəcə, son vaxtlar orada olmamışam”,- deyə ABŞ lideri bildirib.

Eyni zamanda, rəsmi Kiyevin nümayəndələri dəfələrlə Baydenin tezliklə Ukraynaya səfər edəcəyinə ümid etdiklərini bildiriblər.

Ötən həftə Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin Ukraynaya səfərinin hazırda planlaşdırılmadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR