ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya üzvlüyü Vaşinqtonun maraqlarına cavab vermir

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya üzvlüyü Vaşinqtonun maraqlarına cavab vermir
# 24 sentyabr 2023 08:46 (UTC +04:00)

Ukraynanın NATO-ya daxil olması Birləşmiş Ştatların maraqlarına uyğun gəlməyəcək.

APA xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Florida qubernatoru Ron Desantis deyib.

O qeyd edib: “Məncə, (Ukraynanın – red.) NATO-ya üzvlüyü bizim maraqlarımıza uyğun deyil. Bu, bizim üçün daha çox öhdəlik demək olacaq və əgər daha çox öhdəlik varsa, onda bizə nə fayda var”

Desantis, həmçinin vurğulayıb ki, Vaşinqton Kiyev hakimiyyətinə sonsuz miqdarda vəsait ayırmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR