ABŞ qaradərili şəxsin ölümünə görə məsuliyyət daşıyan polis bölməsini ləğv edib

ABŞ qaradərili şəxsin ölümünə görə məsuliyyət daşıyan polis bölməsini ləğv edib
# 29 yanvar 2023 11:22 (UTC +04:00)

ABŞ-da afro-amerikalı Tire Nikolsu ölümcül döyməkdə ittiham olunanın çalışdığı SCORPİON adlı ixtisaslaşdırılmış polis bölməsi ləğv edilib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, qərar polis rəisinin mərhumun ailə üzvləri, icma rəhbərləri və digər zabitlərlə söhbətindən sonra verilib. Beş qaradərili polisin hamısı işdən çıxarılıb və saxlanılan şəxsin qətlində ittiham olunub.

Bildirək ki, Memfis polisinin SCORPION xüsusi bölməsi mütəşəkkil küçə cinayətlərinə qarşı mübarizədə ixtisaslaşmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR