ABŞ Rusiyaya PUA təchizatına görə 6 iranlıya sanksiya tətbiq edib

ABŞ Rusiyaya PUA təchizatına görə 6 iranlıya sanksiya tətbiq edib
# 06 yanvar 2023 20:29 (UTC +04:00)

ABŞ rəsmiləri Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli altı İran vətəndaşına qarşı sanksiya tətbiq edib.

Bu barədə APA TASS-a istinadən xəbər verir.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC, məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə cavabdehdir) ABŞ tərəfindən sanksiyaya məruz qalan “Qods Aviation Industries” şirkətinin altı rəhbər işçisi və direktorlar şurasının üzvlərinə məhdudiyyətlər qoyub”, - deyə ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə deyilir.

Vaşinqtonun fikrincə, Tehran pilotsuz təyyarələri Ukraynadakı hərbi əməliyyatlar zamanı istifadə etmək üçün “Rusiyaya təhvil verib”. Bundan əlavə, İranın ballistik raket proqramına məsul olan İranın Aerokosmik Sənaye Təşkilatının direktoruna qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR