ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir 

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir 
# 02 avqust 2022 21:03 (UTC +04:00)

ABŞ Rusiyanın “FosAgro” şirkətinin baş direktoru Quryevi və keçmiş idmançı Alina Kabayevanı sanksiyalar siyahısına əlavə edib.

APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısına 13 fiziki və 30-dan çox hüquqi şəxsi, həmçinin iki gəmini əlavə edib.

Bundan əlavə ABŞ Skolkovo fonduna qarşı sanksiyalar da tətbiq edib.

Fondla əməliyyatların başa çatdırılması üçün sentyabrın 1-nə qədər müddət təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR