ABŞ ruslar üçün VPN proqramlarını maliyyələşdirir

ABŞ ruslar üçün VPN proqramlarını maliyyələşdirir
# 03 iyul 2022 13:12 (UTC +04:00)

ABŞ hökumətinin dəstəklədiyi Açıq Texnologiyalar Fondu rusiyalılara pulsuz VPN proqramları təqdim etməsi üçün ABŞ şirkətlərinə pul ödəyir.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, VPN proqramları istifadəçilərə bloklanan sosial şəbəkələrə, saytlara çıxış imkanı yaradır.

Moskva Ukraynada əməliyyatlara başladıqdan sonra bir sıra sosial şəbəkələrə, saytlara çıxışı bloklayıb.

Açıq Texnologiyalar Fondunun qiymətləndirməsinə görə, Rusiyada milyonlarla insan “Lantern”, “Psiphon” və “nthLink” şirkətlərinin VPN proqramlarından istifadə edir.

Qeyd edilib ki, adətən, Açıq Texnologiyalar Fondu VPN proqramları üçün adətən, il ərzində 3-4 milyon dollar ayırıbsa, Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın senzurası ilə əlaqədar bu maliyyələşmənin həcmi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR