ABŞ Şimali Koreyaya COVID-19 ilə mübarizədə kömək etməyə hazırdır

ABŞ Şimali Koreyaya COVID-19 ilə mübarizədə kömək etməyə hazırdır
# 25 may 2022 22:25 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Şimali Koreyaya koronovirusun yayılmasına görə kömək etməyə hazırdır.

APA xəbər verir ki, dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisinin müavini Mark Lambert xarici mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, ölkəsi koronovirusa qarşı peyvəndin tədarükündə KXDR hakimiyyətinə kömək etməyə hazırdır.

Mark Lambert bu yardımın Koreya yarımadasının nüvəsizləşdirmə siyasətinə yönəlmiş səylərlə əlaqələndirilmədən ediləcəyini açıqlayıb.

O vurğulayıb ki, Vaşinqton “KXDR-də COVID-19-un ciddi şəkildə yayılmasından narahatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR