ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satacağını açıqlayıb

ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satacağını açıqlayıb
# 03 sentyabr 2022 03:53 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə cümə günü Pentaqonun strukturuna daxil olan müvafiq hökumət departamenti məlumat yayıb.

Qeyd olunur ki, söhbət təxminən 355 milyon dollar dəyərində 60 ədəd “AGM-84K Harpoon Block II” gəmi əleyhinə raketlərin və onunla əlaqəli avadanlıqların, həmçinin 100 ədəd “hava-hava” tipli “AIM-9X Block” raketinin satışından gedir.

Bundan əlavə, Tayvanla 655,4 milyon dollar dəyərində radar stansiyaları üçün müqavilənin uzadılmasına dair mümkün saziş təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR