ABŞ Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib - VİDEO

ABŞ Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib - VİDEO
# 12 may 2022 00:35 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini deyib.

APA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.

“Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini dəstəkləmirik və Çinin siyasətinə sadiq qalırıq”, - deyə o bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin “hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlər üçün keçirdiyi brifinqdə çıxışı zamanı Çini tənqid edib.

Diplomat Çini təkcə Asiya qitəsində deyil, bütövlükdə dünyada söz azadlığını və demokratik normaları pozmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR