ABŞ Trampın həbs olunmayacağını bildirib

ABŞ Trampın həbs olunmayacağını bildirib
# 21 mart 2023 05:58 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-York məhkəməsində cinayət işi açılsa belə, ictimaiyyətin gözü qarşısında qandallanmayacaq və həbs edilməyəcək.

APA "Bloomberg"ə istinadən xəbər verir ki, ittiham irəli sürüləcəyi təqdirdə, Trampın barmaq izi alınacaq və cinayət işi üçün onun profilində və sifətinin şəkli tam çəkiləcək.

Eks-prezident ABŞ Məxfi Xidmətinin nəzarəti altında qalacaq və əlləri qandallanmayacaq.

Bundan başqa, Trampa qarşı ciddi cinayət ittihamı irəli sürülməyəcək, ona görə də onun saxlanması məsələsi qaldırılmayacaq.

Tramp martın 18-də Manhetten dairə prokurorunun apardığı istintaqla əlaqədar martın 21-də saxlanacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR