ABŞ Ukrayna hərbçilərinə "Patriot"dan istifadə üzrə təlimlər keçirməyə başlayıb

ABŞ Ukrayna hərbçilərinə "Patriot"dan istifadə üzrə təlimlər keçirməyə başlayıb
# 18 yanvar 2023 03:59 (UTC +04:00)

Ukrayna hərbçiləri ABŞ-da “Patriot” zenit-raket kompleksləri üzrə təlimlərə başlayıb.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Təlim başlayıb... bir neçə ay çəkəcək”, - deyə o bildirib.

Rayder əlavə edib ki, ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin təxminən 90-100 döyüşçüsünün hazırlanması planlaşdırılır.

Daha əvvəl bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Oklahoma ştatında yerləşən “Patriot” komplekslərini öyrənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR