ABŞ Ukraynadakı “referendumlar”la bağlı qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim etmək istəyir

ABŞ Ukraynadakı “referendumlar”la bağlı qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim etmək istəyir
# 28 sentyabr 2022 03:29 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı qətnamə qəbul edilə bilməyəcəyi təqdirdə, "DXR", "LPR", Zaporojye və Xerson vilayətlərində keçirilən "referendumların" qiymətləndirilməsi məsələsini BMT Baş Assambleyası qarşısında qaldırmaq niyyətindədir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

“Əgər Rusiya Təhlükəsizlik Şurasında özünü müdafiə etmək qərarına gəlsə, o zaman biz Baş Assambleyaya müraciət edərək, Moskvaya aydın mesaj göndərəcəyik”, - deyə o bildirib.

ABŞ və Albaniya Rusiyaya qarşı ittihamlarla yuxarıdakı regionlarda “referendum”la bağlı qətnamə layihəsi hazırlayıb.

Yaxın günlərdə bununla bağlı səsvermənin keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR