ABŞ Ukraynanın hava məkanını qorumaq üçün 275 milyon dollar ayıracaq

ABŞ Ukraynanın hava məkanını qorumaq üçün 275 milyon dollar ayıracaq
# 09 dekabr 2022 03:10 (UTC +04:00)

ABŞ Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək bu ölkəyə əlavə vəsait köçürəcək.

APA Reuters agentliyinə istinadən xəbər verir ki, bu vəsait əsasən pilotsuz uçuş aparatlarından müdafiəyə qarşı istifadə ediləcək.

Bunun üçün Ukraynaya 275 milyon dollar vəsait köçürüləcək.

Həmçinin ABŞ tərəfinin Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemləri, zirehli “Humvee” yolsuzluq maşınları və enerji generatorları üçün sursat verməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR