ABŞ Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb
# 03 fevral 2023 21:50 (UTC +04:00)

ABŞ Ukraynaya ümumi məbləği 2,2 milyard dollar olan yeni hərbi yardım paketini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.

“Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,2 milyard dollarlıq yeni yardım paketi təqdim etdiyini açıqladı. Paketə tank əleyhinə “Javelin” raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR