ABŞ Ukraynaya 800 milyon dollar dəyərində növbəti hərbi yardım planlaşdırır

ABŞ Ukraynaya 800 milyon dollar dəyərində növbəti hərbi yardım planlaşdırır
# 20 aprel 2022 05:28 (UTC +04:00)

ABŞ Ukrayna üçün 800 milyon dollar dəyərində növbəti təhlükəsizlik yardımı paketini hazırlayır.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə ABŞ Prezidentinin administrasiyasının adı açıqlanmayan üç rəsmisi və məsələ ilə tanış olan əlavə iki mənbə məlumat verib.

Bildirilib ki, yeni yardım paketinin detalları hələ də müzakirə edilir və dəyişikliklər mümküdür.

ABŞ Prezidentinin administrasiyasının rəsmisi yeni yardım paketinin 36 saat ərzində təsdiqlənməsinin mümkün olduğunu qeyd edib.

Əgər 800 milyon dollar həcmindəki bu yardım paketi təsdiqlənərsə ABŞ-ın Ukraynaya 24 fevral tarixindən sonra etdiyi hərbi yardımların ümumi həcminin 3,4 milyard dollara çatacağı bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden jurnalistlərin sualına cavabında ölkəsinin Ukraynaya əlavə artilleriya vasitələri göndərəcəyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR