ABŞ Ukraynaya ATACMS raketləri verməyi nəzərdən keçirir

ABŞ Ukraynaya ATACMS raketləri verməyi nəzərdən keçirir
# 30 may 2023 10:51 (UTC +04:00)

ABŞ Ukraynaya Hərbi Taktiki Raket Sistemləri (ATACMS) verməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Delaver Ştatına yola düşməzdən əvvəl jurnalistlərin sualını cavablandırarkən deyib.

Prezident Bayden bildirib ki, bu məsələ hələ də gündəlikdədir.


Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mayın əvvəlində açıqlamasında bildirmişdi ki, ABŞ hələ ki ATACMS-ı Ukraynaya verməyi planlaşdırmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR