ABŞ Ukraynaya “F-16” qırıcıları verməyi planlaşdırmır

ABŞ Ukraynaya “F-16” qırıcıları verməyi planlaşdırmır
# 31 yanvar 2023 06:02 (UTC +04:00)

ABŞ administrasiyası Ukraynanı “F-16” qırıcı təyyarələri ilə təmin etmək niyyətində deyil.

APA TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistlər ABŞ-nin dövlət başçısından Vaşinqtonun Kiyevə “F-16”ları göndərmək haqqında planını soruşublar. O isə “yox”, - deyə cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR