ABŞ Ukraynaya tank verilməsini istisna etmir

ABŞ Ukraynaya tank verilməsini istisna etmir
# 01 oktyabr 2022 08:34 (UTC +04:00)

ABŞ Ukraynaya hərbi yardım qismində tank verilməsini istisna etmir, lakin bu barədə hələ ki, rəsmi məlumat verməyə hazır deyil.

APA Qərb KİV-inə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

Jurnalistlərin Kiyevə tankların, o cümlədən “Abrams” modelinin verilməsi ilə bağlı sualına cavab olaraq Sallivan bildirib ki, bu barədə rəsmi elan vermək mümkün deyil. Lakin Ukraynaya tankların çatdırılacağına dair ehtimallar mövcuddur.

Müşavir qeyd edib ki, gələn həftə Ukraynaya hərbi yardımın detalları açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR