ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır
# 28 sentyabr 2022 09:05 (UTC +04:00)

ABŞ Ukraynaya 1,1 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırır.

APA xəbər verir ki, bu barədə ABŞ rəsmisi anonimlik şərti ilə “Reuters”ə açıqlamasında bildirib.

Mənbə Vaşinqtonun yeni paketi elan etmək üçün Ukraynanın işğal altındakı ərazilərində keçirilən “referendum”un nəticələrini gözlədiyini və qarşıdakı günlərdə açıqlayacağını bildirib.

Təhlükəsizlik paketinə HIMARS raket sistemlərinin, dron əleyhinə müxtəlif sistemlərin, radar sistemlərinin, ehtiyat vasitələrin, təlim və texniki dəstəyin daxil olacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR