ABŞ Ukraynaya yeni hərbi yardım paketini dərhal göndərəcək

ABŞ Ukraynaya yeni hərbi yardım paketini dərhal göndərəcək
# 19 may 2022 23:39 (UTC +04:00)

ABŞ Ukraynaya yeni hərbi yardım paketini göndərəcək.

APA xəvbər verir ki, paketə 3 əks batareya radarı və 18 haubitsa daxildir.

Pentaqon bildirib ki, bu silah və texnikanın daşınmasına dərhal başlanılacaq.

Bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi növbəti brifinqdə bildirib.

“Bu paketə 18 ədəd 155 mm-lik haubitsa, onları yedəkləmək üçün 18 taktiki maşın, 18 artilleriya qurğusu və əks-batareya döyüşü üçün üç AN/TPQ-36 radarı daxil olacaq”, - deyə o bildirib.
Kirbi əlavə edib ki, bu silah və avadanlıqların tədarükü dərhal başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR