ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan edib

ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan edib
# 20 yanvar 2023 23:12 (UTC +04:00)

ABŞ Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayət təşkilatı kimi təsnif etmək qərarına gəlib və gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, Maliyyə Nazirliyi “Vaqner” Qrupunu “ciddi transmilli cinayət təşkilat" kimi təsnif edir. O, həmçinin bu kvalifikasiyaya əsaslanaraq, ABŞ-ın sözügedən təşkilata qarşı əlavə sanksiyalar tətbiq edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR