ABŞ və Britaniya hərbi gəmiləri Hörmüz boğazında SEPAH-ın təcavüzünə məruz qalan ticarət gəmisinə yardım edib

ABŞ və Britaniya hərbi gəmiləri Hörmüz boğazında SEPAH-ın təcavüzünə məruz qalan ticarət gəmisinə yardım edib
# 05 iyun 2023 14:33 (UTC +04:00)

ABŞ və Böyük Britaniyanın hərbi gəmiləri Hörmüz boğazında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) gəmilərinin təcavüzünə məruz qalan ticarət gəmisinin yardım çağırışına gedib.

APA xəbər verir ki, məlumatı ABŞ donanması yayıb. Bildirilib ki, bazar günü SEPAH-a məxsus iki sürətli sahil-mühafizə kateri Hörmüz boğazı ilə üzən ticarət gəmisinin yaxın məsafəsinə gəlib.

SEPAH katerlərinin göyərtəsində silahlı hərbçilərin olduğu qeyd olunub.

ABŞ donanması həmçinin Boeing P-8 Poseidon müşahidə təyyarəsi tərəfindən çəkilmiş ağ-qara foto da paylaşıb.

Məlumata görə, hücuma məruz qalan ticarət gəmisinin çağırışına ABŞ donanmasının qanadlı raketlər daşıyan “USS McFaul” destroyeri və Krallıq Donanmasının “HMS Lancaster” freqatı gedib. Lancaster freqatı eyni zamanda əraziyə helikopter göndərib.
Gərginliyin təxminən bir saat yarım çəkdiyi bildirilib, SEPAH gəmiləri daha sonra ərazidən uzaqlaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR