ABŞ və Britaniya hökumətləri iqtisadi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər

ABŞ və Britaniya hökumətləri iqtisadi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər
# 07 iyun 2023 05:58 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Bayden və konqresmenlərlə iqtisadi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisindən məlumat verilib.

Əsasən sənaye sahələrini düşmən dövlətlər də daxil olmaqla, təhlükələrdən qorumaq üçün işlərin gücləndirilməsi planlaşdırırlar.

“Böyük Britaniya və ABŞ arasında mövcud münasibətlərin yüksək səviyyəsi göstərir ki, biz bu çağırışların öhdəsindən birlikdə gələcəyik”, - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR