ABŞ və Çin nümayəndələri arasında telefon danışığı olub

ABŞ və Çin nümayəndələri arasında telefon danışığı olub
# 23 avqust 2019 02:43 (UTC +04:00)

ABŞ və Çin nümayəndələri ticarət məsələləri sahəsində məhsuldar telefon məsləhətləşmələri aparıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou “Fox Business” telekanalına bildirib.

“Çinə gəlincə, iki ölkənin nümayəndələri məhsuldar telefon danışıqları aparıblar və onlar növbəti belə danışıqlar aparılması üçün bir neçə gün ərzində yenidən zəng edəcəklər. Burada diqqəti ticarət razılaşmasının əsas tərəflərinə yönəltmək istəyirik”, - Kudlou belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR