ABŞ və Misir prezidentləri dünyada yaranan ərzaq böhranından danışıb

ABŞ və Misir prezidentləri dünyada yaranan ərzaq böhranından danışıb
# 17 iyul 2022 00:10 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi dünyadakı ərzaq böhranından narahat olduqlarını bildirib.

APA xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bayden və əs-Sisi terrorizmlə mübarizədə əməkdaşlığa sadiq olduqlarını bildirib.

Tərəflər İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın mühüm nailiyyətlərini alqışlayıblar.

Bəyanatda deyilir ki, ABŞ və Misir Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından ciddi narahatlıq keçirir.

Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təchizat zəncirlərinə və enerjinin qiymətinə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR