ABŞ və Rusiya Baş Qərargah rəisləri daim əlaqədə olmaq barədə razılığa gəlib

ABŞ və Rusiya Baş Qərargah rəisləri daim əlaqədə olmaq barədə razılığa gəlib
# 19 may 2022 22:14 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley telefon danışığı aparıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, danışıq zamanı təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər rabitə vasitəsi ilə daim əlaqədə olmağı razılaşdırıblar.

ABŞ-ın təşəbbüsü ilə baş tutan telefon danışığı Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk söhbət olub.

Telefon danışığının təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, mayın 13-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb. Onlar beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR