ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Sergey Şoyqu, Lloyd Ostin

© APA | Sergey Şoyqu, Lloyd Ostin

# 13 may 2022 19:33 (UTC +04:00)

ABŞ müdafiə naziri Llloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

"Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır. Müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb", Pentaqon sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR