ABŞ və Tayvan iqtisadi əlaqələri gücləndirmək üçün danışıqlar aparacaq

ABŞ və Tayvan iqtisadi əlaqələri gücləndirmək üçün danışıqlar aparacaq
# 27 may 2022 06:38 (UTC +04:00)

ABŞ və Tayvan iqtisadi əməkdaşlığı dərinləşdirmək və təchizat zəncirinin dayanıqlılığını gücləndirmək üçün danışıqlar planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət təchizat zəncirləri ilə kənd təsərrüfatı məhsullarında ticarəti asanlaşdırmaqdan gedir.

Qeyd olunur ki, bu elementlər Prezident Co Baydenin bu həftə Tokioya səfəri zamanı elan etdiyi Hind-Sakit okean iqtisadi konsepsiyasının əsaslarına bənzəyir.

Danışıqlar ABŞ və Tayvan arasında iqtisadi əlaqələrin yaxşılaşdırılması cəhdidir və iki ölkə hökumətləri arasında mövcud ticarət və investisiya müzakirələrindən kənara çıxacaq.

Aprel ayında ABŞ Dövlət Departamenti Tayvanla 95 milyon dəyərində Patriot hava hücumundan müdafiə sistemləri üçün avadanlıqların satışına dair müqaviləni imzalayıb. Bir müddət sonra ABŞ konqresmenləri gözlənilmədən Tayvana gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR