ABŞ xaricdə sui-qəsd cəhdlərinə görə İran rəsmilərinə sanksiya tətbiq edib

ABŞ xaricdə sui-qəsd cəhdlərinə görə İran rəsmilərinə sanksiya tətbiq edib
# 01 iyun 2023 19:18 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilab Keşikçiləri Korpusuna və İnqilab Keşikçiləri Qvardiyasının Qüds Gücünə bağlı şəxslərə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, ABŞ Qüds Gücü ilə əlaqəli 3 şəxs , 1 şirkət və SEPA Kəşfiyyat Təşkilatının 2 yüksək vəzifəli rəsmisini sanksiyalar siyahısına əlavə edib.

Bayden administrasiyası keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və keçmiş dövlət katibi Mayk Pompeoya qarşı xaricdə sui-qəsd hazırlamaqda ittiham olunan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar İran dissidentlərinə və ABŞ-da, Orta Şərqdə, Avropada, Afrikadakı qeyri-İran vətəndaşlarına qarşı kəşfiyyat və ölümcül əməliyyatların planlaşdırılması daxil olmaqla xaricdə gizli əməliyyatlar həyata keçirmək vəzifəsi daşıyan SEPAH-Qüds Qüvvələrinin bir bölməsinin rəsmisi Məhəmməd Rza Ənsarini hədəf alıb.

“Ənsari İran vətəndaşı Şəhram Poursafinin dəstəyi ilə ABŞ-ın iki keçmiş dövlət məmuruna sui-qəsd planlaşdırıb”- deyə Maliyyə Nazirliyi bildirib.

Bugünkü sanksiyalar həmçinin ikili İran və Türkiyə vətəndaşlığı olan Hüseyn Hafez Əminiyə də aid edilib.

Sanksiyalar siyahısına həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının iki yüksək rütbəli məmurunu, Rouhallah Bazgandi və Reza Seraj da salınıb. Məlumata görə, Bazgandi İraq və Suriyada IRGC-IO əməliyyatlarını habelə İsrail vətəndaşlarına qarşı sui-qəsd planlaşdırmaq və nəzarət etməkdə iştirak edin.

“Bazgandi İstanbulda jurnalistlərə və İsrail vətəndaşlarına qarşı sui-qəsd planlarında da iştirak edib” - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR