ABŞ Yaxın Şərq və Şimali Afrikaya bir milyard dollar yardım ayıracaq

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 16 iyul 2022 11:31 (UTC +04:00)

ABŞ Yaxın Şərq və Şimali Afrika regionunun ərzaq təhlükəsizliyinə maliyyə yardımı ayıracaq.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bu gün ərəb sammiti zamanı Birləşmiş Ştatların Yaxın Şərq və Şimali Afrika regionunun yaxın və uzunmüddətli ərzaq təhlükəsizliyinə yardım üçün 1 milyard dollar ayırdığını elan edəcək.

Qeyd edək ki, bu gün Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı körfəz ölkəsi, Misir, İordaniya və İraqla zirvə görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR