Ağ Ev: Bayden və Si Cinpin arasında təkbətək görüşlə bağlı razılaşma yoxdur

Ağ Ev: Bayden və Si Cinpin arasında təkbətək görüşlə bağlı razılaşma yoxdur
# 12 avqust 2022 23:38 (UTC +04:00)

Hazırda Çin sədri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında təkbətək görüşün keçirilməsi ilə bağlı konkret razılaşma yoxdur.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hindistan və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell bildirib.

“İki liderin sonuncu telefon söhbəti zamanı görüşülə bağlı komandaların birgə işləməli olduğu vurğulanıb. Bu görüçşün yeri və ya yeri ilə bağlı danışığın olması demək deyil”.-deyə Ağ Ev rəsmisi bildirib.

Xatırladaq ki, bir neçə saat əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, Çin rəsmiləri noyabrda keçiriləcək G20 sammiti çərçivəsində Si Cinpin və Bayden arasında görüş hazırlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR