Ağ Ev Baydenlə Zelenski arasında müzakirə olunacaq məsələlərə aydınlıq gətirib

Ağ Ev Baydenlə Zelenski arasında müzakirə olunacaq məsələlərə aydınlıq gətirib
# 28 yanvar 2022 00:26 (UTC +04:00)

“ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə bu gün baş tutacaq telefon danışığı zamanı ona Ukrayna ətrafındakı vəziyyətlə bağlı hər hansı konkret addımı açıqlamasını gözləmirəm”.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə brifinqdə deyib.

Psaki əlavə edib ki, liderlər Rusiyanı cilovlamaq üçün son diplomatik səyləri müzakirə edəcəklər.

“Prezident Bayden ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini və Ukraynasız Ukrayna ilə bağlı heç nəyin müzakirə olunmayacağına dair öhdəliyimizi bir daha təsdiq edəcək”, deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR