Ağ Ev: Hər il koronavirusa qarşı peyvənd oluna bilərik

Ağ Ev: Hər il koronavirusa qarşı peyvənd oluna bilərik
# 07 sentyabr 2022 03:06 (UTC +04:00)

Koronavirusa qarşı hər il peyvənd olunmağa ehtiyac yarana bilər.

APA xəbər verir ki, bu barədə Ağ Evdə koronavirusun yayılmasının qarşısını almaq üçün keçirilən mətbuat konfransı zamanı bildirilib.

"Qrip peyvəndi kimi, hər il koronavirus peyvəndinə ehtiyacımız ola bilər",- deyə açıqlamada bildirilib.

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci bildirib ki, COVID-19-un hər il yeni variantları olacaq.

Onun sözlərinə görə xəstəliyə qarşı dozalı peyvəndlər istifadə oluna bilər.

Bildirilib ki, bu peyvəndlər xalqa pulsuz təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR