Ağ Ev Putinə qarşı sanksiyaların tətbiqini istisna etməyib

Vladimir Putin

© APA | Vladimir Putin

# 26 yanvar 2022 06:04 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı, Rusiyanın Ukraynaya müdaxiləsi halında prezident Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiq olunacağını istisna etmədiyini bildirib.

APA “Reuters”ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərin şəxsən Putinə qarşı sanksiyaların tətbiqini mümkün hesab edib-etməməsi ilə bağlı sualına “Bəli” cavabını verib.

Bayden, həmçinin, ABŞ qoşunlarını Ukraynaya göndərmək planının olmadığını təkrarlayıb və Rusiyanın işğalının “böyük nəticələrə” səbəb olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR