Ağ Ev Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırmasına reaksiya verib

Ağ Ev Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırmasına reaksiya verib
# 30 oktyabr 2022 03:42 (UTC +04:00)

ABŞ Rusiyanın taxıl müqaviləsində iştirakının dayandırılmasına münasibət bildirib.

APA “AFP” istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Edrienn Uatson deyib.

Onun sözlərinə görə, Moskvanın taxıl sazişindən imtina etməsi ərzaqdan silah kimi istifadəyə bənzəyir.

Bildirilib ki, bu ehtiyacı olan ölkələrə və dünya ərzaq qiymətlərinə birbaşa təsir göstərəcək.

ABŞ hakimiyyəti Rusiya Federasiyasını humanitar böhran və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR