Ağ Ev Rusiyaya tətbiq edilə biləcək sanksiyaları açıqlayıb

Ağ Ev Rusiyaya tətbiq edilə biləcək sanksiyaları açıqlayıb
# 25 yanvar 2022 18:52 (UTC +04:00)

Ağ Ev Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların miqyası barədə məlumat verib.

APA RİA "Novosti"yə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi həmin sanksiyaların 2014-cü ildə Krım böhranı zamanı tətbiq olunan sanksiyalardan qat-qat ağır olacağını əlavə edib.

Sanksiyalar Rusiyanın bir sıra sahələrdə ixrac nəzarəti ilə (müdafiə, kosmos, süni intellekt, kvant kompüterləri) üzləşəcəyini, ABŞ-la idxal-ixrac əməliyyatlarının məhdudlaşdırılacağını, əlavə maliyyə sanksiyaları ilə üzləşəcəyini əlavə edib.

Ağ Ev rəsmisi sanksiyaların mərhələli deyil, hamısının eyni anda tətbiq olunacağını və Rusiya iqtisadiyyatını çox ağır vəziyyətə salacağını xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR