Ukrayna əks-hücuma yayda başlamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar kordinatoru Con Körbi CNN-ə açıqlamasında deyib.
O, ABŞ-ın Kiyev üçün yeni silah tədarüklərinə hazırlaşdığını da əlavə edib.
"Biz ukraynalı həmkarlarımız əks-hücum planlaşdırmağa başlayandan onlarla əlaqədə olmuşuq. Onlarla əlaqəmizi davam etdiririk",- Körbi deyib.