Ağ Evin daha bir mətbuat işçisi istefa verəcək

Ağ Evin daha bir mətbuat işçisi istefa verəcək
# 07 iyul 2022 01:24 (UTC +04:00)

Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild tezliklə vəzifəsindən ayrılacaq.

APA “Fox News”a istinadən xəbər verir ki, o ailəsi ilə çox vaxt keçirmək üçün belə bir qərar verib.

Eyni zamanda, kanalın mənbəyi qeyd edib ki, Bedinqfild ABŞ prezidenti Co Baydenin gündəmini kənardan izləyəcək.

Vəzifəsdən getməsinə səbəb qadının azyaşlı uşaqları və bir vaxtlar prezident administrasiyasında çalışmış əri ilə daha çox vaxt keçirmək olub.

Bedinqfild Bayden hələ vitse-prezident olarkən ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR