Aİ ABŞ-ın elektromobillərlə bağlı qərarını pisləyib

 Aİ ABŞ-ın elektromobillərlə bağlı qərarını pisləyib
# 12 avqust 2022 05:11 (UTC +04:00)

Avropa İttifaqı ABŞ hökumətinin elektromobil sahiblərinə növbəti güzəştlə bağlı qərarına etiraz edib.

APA-nın “Reuters”ə istinadla xəbərinə görə, hökumət elektromobil alanlara 7500 dollaradək vergi güzəşti nəzərdə tutur. 18 aylıq müzakirədən sonra qəbul edilmiş qaydaya görə bu güzəştdən ABŞ-da istehsal olunmuş elektromobil alanlar istifadə edə bilər.

Məsələyə etiraz edən Aİ rəsmiləri bildirib ki, bu addım ÜTT-nin normalarına ziddir və sağlam rəqabət şərtlərini pozur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR