Təyyarə qəzası nəticəsində Amazon cəngəlliyində itkin düşmüş 4 uşaq, 40 gündən sonra xilas edilib.
APA xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro məlumat yayıb.
"Bütün ölkə üçün sevindirici hadisə! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapılıb", - prezident tvitter hesabında bildirib.
Mayın 1-də təyyarəsi qəzaya uğradıqdan sonra bacı-qardaşlar cəngəllikdə qalıb və onların valideynləri ölüb.
Qeyd edək ki, sözügedən uşaqlar may 1-də baş vermiş təyyarə qəzası nəticəsində cəngəllikdə itkin düşmüşdülər.