“American Airlines”ə məxsus təyyarə 2 sərnişinin tibbi maskadan imtina səbəbindən geri qayıdıb

“American Airlines”ə məxsus təyyarə 2 sərnişinin tibbi maskadan imtina səbəbindən geri qayıdıb
# 21 yanvar 2022 22:24 (UTC +04:00)

Mayami-London reysini həyata keçirən “American Airlines” şirkətinə məxsus təyyarə bir saatlıq uçuşdan sonra Atlantik okeanı üzərindən Mayami hava limanına geri dönüb.

APA “Mayami” telekanalına istinadən xəbər verir ki, pilot iki sərnişinin stüardessaların tibbi maska taxmaq tələblərinə məhəl qoymaması səbəbindən belə qərar verib.

Sərnişinlərin sərxoş olduğu bildirilir. Onların əvvəldən özlərini nalayiq apardıqları vurğulanıb.

Mayamiyə qayıtdıqdan sonra heç kim həbs olunmasa da, hadisəni törədənlərdən biri şirkətin “qara siyahısı”na daxil edilib.

Reys təxirə salınıb və sərnişinlər Mayamidə gecələməli olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR