Amerika polisi avtomobildə yatan kişini güllələyib

Amerika polisi avtomobildə yatan kişini güllələyib
# 01 yanvar 2023 10:21 (UTC +04:00)

Amerikanın İndianapolis şəhərinin üç polisi cinayət işi üzrə müttəhim olub.

APA ABC News-ə istinadən xəbər verir ki, onlar yatmış adama atəş açıblar.

Qəzetin yazdığına görə, dekabrın 31-də saat 4:00 radələrində polis şəxsi evlərdən birinin yolunda şübhəli avtomobili yoxlamaq üçün gəlib. Onlar maşının sürücü oturacağında yatmış kişi tapıblar.

“Zabitləri atəş açmağa nəyin sövq etdiyi bəlli deyil, lakin polis əməliyyatçıların sürücünün oturacağında tapança tapdığını bildirib” – məlumatda deyilir.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabildir.

Zabitlər inzibati məzuniyyətə buraxılıblar. Hadisəni Gücdən İstifadə Şurası araşdırır. Hadisə ilə bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR