Amerikalıların əksəriyyəti ABŞ-ın Rusiya ilə müharibədə Ukraynaya əlavə yardımlarına qarşıdır.
APA xəbər verir ki, bu barədə CNN-in sifarişi ilə keçirilmiş sorğunun nəticələrində qeyd olunub. Bildirilib ki, sorğu iştirakçılarının 55%-i Konqresin Ukrayna üçün əlavə maliyyə yardımları ayırılması üçün hökumətə səlahiyyət verməsinin əleyhinə, 45%-i isə lehinədir.
Sorğu iştirakçılarının 51% ABŞ-ın Ukraynaya artıq kifayət qədər yardım etdiyini, 48%-i isə əlavə yardımlar edilməli olduğunu bildirir.
Qeyd olunub ki, 2022-ci ilin fevralında Rusiya işğalının başladığı ilk günlərində keçirilmiş sorğularda isə iştirakçıların 62%-i ABŞ-ın daha çox yardım göstərməli olduğunu ifadə edib. Soğru iştirakçılarının 56%-i Rusiyanın Ukraynadakı müharibəsinin ABŞ-ın milli maraqlarını təhdid edəcəyini bildiriblər, lakin bu göstərici 2022-ci ilin fevralında 72% təşkil edib.