Argentina prezidenti: Ukraynaya silah tədarükü planlaşdırılmır

Argentina prezidenti: Ukraynaya silah tədarükü planlaşdırılmır
# 29 yanvar 2023 08:07 (UTC +04:00)

Argentina və Latın Amerikası ölkələri Ukraynaya silah tədarük etməyi planlaşdırmır.

APA “interfax”a istinadla xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes bildirib.

Argentinada səfərdə olan Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra keçirilən mətbuat konfransında o deyib ki, Argentina və Latın Amerikası ölkələri Ukraynaya və ya başqa münaqişə zonalarına silah göndərməyi planlaşdırmır.

Xatırladaq ki, bu həftənin əvvəlində Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Ukraynaya tanklar verilməsi ilə bağlı Berlinin xahişini rədd etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR