Argentinada naməlum mənşəli pnevmoniyadan 3 nəfər ölüb

Argentinada naməlum mənşəli pnevmoniyadan 3 nəfər ölüb
# 01 sentyabr 2022 20:41 (UTC +04:00)

Argentinada həftə ərzində naməlum mənşəli pnevmoniyadan 3 nəfər ölüb.

APA-nın “France-24”ə istinadla xəbərinə görə, ölüm halları ölkənin cənubundakı Tukuman şəhərində qeydə alınıb.

Xəstəliyə tutulan 9 nəfərdən səkkizi eyni xəstəxanada işləyir. Laborator analizlər zamanı onlarda Covid-19, qrip, hantavirus (gəmiricilərdən keçən virus) aşkar edilməyib. Analiz nümunələri təkrar yoxlanmaq üçün paytaxt Buenos Ayresdəki Mərkəzi laboratoriyaya göndərilib.

Argentina Səhiyyə Nazirliyi bildirir ki, patologiyanın səbəbi naməlum virus ola bilər. Bu məqsədlə xəstəxananın su sistemindən və kondisionerlərdən nümunələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR