Argentinada yeni növ dinozavr qalıqları tapılıb

Argentinada yeni növ dinozavr qalıqları tapılıb
# 06 dekabr 2022 04:17 (UTC +04:00)

Argentinalı paleontoloqlar 70 milyon il əvvəl yaşamış yeni növ kiçik dinozavrın qalıqlarını aşkar ediblər.

APA xəbər verir ki, bu barədə Elmi Tədqiqatlar üzrə Milli Şura CONİCET məlumat verib.

Bildirilib ki, dinozavr Pataqoniya ərazisində Tabaşir dövründə - 70 milyon il əvvəl yaşayıb. Yeni dinozavr tapıldığı ərazinin şərəfinə Patagopelta cristata adlandırılıb. O, digər dinozavrlarla müqayisədə çox kiçik – cəmi 3 metr uzunluqda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR