Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib

Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib
# 07 dekabr 2022 02:00 (UTC +04:00)

Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşner həbs edilib.

APA xəbər verir ki, bu barədə ölkənin İkinci Federal Məhkəməsi məlumat verib.

Məhkəmə onu korrupsiya işi üzrə təqsirli bilib.

Bildirilib ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.

Qeyd edək ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezidenti vəzifəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR