Arnold Şvartsenegger avtomobil qəzasına düşüb - VİDEO

Arnold Şvartsenegger avtomobil qəzasına düşüb - VİDEO
# 22 yanvar 2022 08:21 (UTC +04:00)

Avstriya əsilli amerikalı kinoaktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger cümə günü Los-Ancelesdə avtomobil qəzasına düşüb.

APA xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə təxminən 05:00-da baş verib. Şvartsenegger “GMC Yukon” avtomobili ilə evindən bir neçə kilometr aralıda “Toyota Prius” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində aktyor xəsarət almayıb, “Toyota Prius”da olan qadın isə kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri və günahkarları barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR