Avstraliyada daşqın səbəbindən minlərlə insan təxliyə edilib, bir nəfər ölüb

Avstraliyada daşqın səbəbindən minlərlə insan təxliyə edilib, bir nəfər ölüb
# 05 iyul 2022 02:17 (UTC +04:00)

Avstraliyanın ən böyük şəhəri Sidneydə leysan və daşqın səbəbindən bir nəfər ölüb, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

APA xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, şəhərdə yollar bağlanıb.

Meteorologiya xidməti bəzi ərazilərə 350 mm-ə qədər yağış yağdığını və bunun Nepean çayı boyunca daşqın təhlükəsi yaratdığını bildirib.

Sidneyin qərbində Parramatta çayında bir nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR