Bayden: "ABŞ heç vaxt Rusiyanın Ukraynanın suveren ərazisinə olan iddialarını tanımayacaq"

Bayden: "ABŞ heç vaxt Rusiyanın Ukraynanın suveren ərazisinə olan iddialarını tanımayacaq"
# 30 sentyabr 2022 03:20 (UTC +04:00)

ABŞ hakimiyyəti Ukraynanın Donetsk, Luqansk, Xerson vilayətində və Zaporojyedə azad edilmiş ərazilərində keçirilən “referendum”ları tanımayacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirb.

“ABŞ Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt tanımayacaq. Bu qondarma referendumlar uydurma, mütləq saxtakarlıq idi. Onların nəticələri Moskvada uydurulub", - deyə o, ABŞ-Sakit okean adaları sammitindəki iclasda bildirilib.

O, həmçinin Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin və ölkələrin suverenliyi və ərazi bütövlüyünün fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR